Yeni Azərbaycan Partiyasının VI qurultayındakı yekun nitqində Prezident İlham Əliyev yeni mərhələdə partiyanın qarşısında bir sıra vəzifələr qoyub:
-
- Təhsil müəssisələri gənc nəslin tərbiyə edilməsinə xüsusi diqqət yetirməlidir;
-
- Gənc nəslimizin milli ruhda, milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi ən başlıca vəzifələrdən biridir;
-
- Siyasi partiyalarda fəaliyyət göstərən gənc nəslə elə təlimat verilməlidir ki, onlar gələcək həyata hazırlıqlı olsunlar, ölkəmizin müstəqilliyini hər şeydən üstün tutsunlar;
-
- Veteranlar Şurasının üzvləri də bölgələrdə gənc nəslin nümayəndələri ilə görüşlər keçirərək 90-cı illərin həqiqətləri, xarici dairələrin məkrləri haqqında gəncləri maarifləndirməlidirlər və s. Bu vəzifələr ölkədə vətənpərvər nəslin milli ruhda tərbiyəsi işini gücləndirməyə təkan verəcək.
|