“Dost partiyaların YAP-a qoşulması çox əlamətdar hadisədir”

Azərbaycanın Vətən müharibəsində böyük Zəfəri ölkənin siyasi həyatında ciddi canlanma yaradıb. Yeni Azərbaycan Partiyasının VII qurultayı bu mənada ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır.  YAP-ın bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalması üçün rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olmalı, ümumi işə öz töhfələrini verməlidirlər.

 

Dost partiyaların YAP-a qoşulması çox əlamətdar hadisədir. Bu, siyasi sistemin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır və eyni zamanda, onu  göstərir ki, YAP-ın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir.

 



09.03.2021 | 15:33