İlham Əliyev: “Biz bundan sonra qürurlu xalq kimi və mübariz dövlət kimi yaşayacağıq” | |
Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarımızı azad etməklə haqq-ədalətin təntənəsini təmin etdi. Azərbaycan xalqının qürur və sevincini, təhlükəsiz yaşamaq haqqını təsdiq etdi.
Prezident İlham Əliyev YAP-ın VII qurultayında qeyd etmişdir: Biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq. Heç vaxt şəhidlərimizin qəhrəmanlığını unutmayacağıq. Amma biz şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qanını aldıq. Düşməndən qisasımızı döyüş meydanında aldıq. Əldə edilmiş qələbə bizi tam qane edir. Biz bundan sonra belə yaşamalıyıq. Biz şəhidlərimizin qanını yerdə qoymadıq, qisasımızı aldıq, düşməni cəzalandırdıq. Bütün dünyanın gözü qarşısında onlar bizim qabağımızda diz çöküblər, təslim olublar, ağ bayraq qaldırıblar və bundan sonra bu məğlub edilmiş ölkə damğası ilə əbədi yaşayacaqlar. Biz isə bundan sonra qürurlu xalq kimi və mübariz dövlət kimi yaşayacağıq. Döyüş meydanında da, siyasi meydanda da qələbə qazandıq.
|
|
09.03.2021 | 14:53 | |
|
|
|