Azərbaycanda xalq-iqtidar birliyi təmin olunub

44 günlük Zəfər tarixi Azərbaycanda bütün siyasi qüvvələrin, xalqın birlik, həmrəylik səylərini daha da gücləndirdi. Ölkəmiz üçün yeni dönəmin başlanğıcı oldu. Prezident İlham Əliyevin YAP-ın VII qurultayında qeyd etdiyi kimi, Azərbaycanda daxili sabitlik əsas amildir. Ermənistana indi xaricdən yardım olmasa, inkişaf üçün, daxili sabitlik üçün heç bir əsas yoxdur.

 

Azərbaycanda yürüdülən müdrik siyasət, sosial ədalətə riayət edilməsi hesabına xalq-iqtidar birliyi təmin olunub. Azərbaycan Ermənistanı regional layihələrdən, neft-qaz layihələrindən təcrid etdi, onların iqtisadiyyatını çökdürdü.

 

Azərbaycan bölgədə vəziyyəti köklü surətdə dəyişdirə bilib. Bu gün elə bir ölkə yoxdur ki, o ölkə ilə hansısa problemimiz olsun.

 



09.03.2021 | 13:51