İqtidarın siyasəti xalqın maraqlarını güdür

Azərbaycanın əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş davamlı iqtisadi inkişaf strategiyası ölkəmizin beynəlxalq və regional rolunu gücləndirmişdir. Regionda həyata keçirilən bütün layihələrin Azərbaycanın iştirakı olmadan reallaşdırılması mümkün deyildir. Son illərdə Azərbaycana ciddi təzyiqlər də olmuşdur. Bu barədə Prezident İlham Əliyev YAP-ın VII qurultayındakı çıxışında bildirmişdir: Dünyanın aparıcı beynəlxalq maliyyə qurumları neft kəmərlərinin Ermənistan ərazisindən keçməsi üçün Azərbaycana təzyiq etmişlər, Azərbaycanın rəhbərliyini məcbur etmək üçün kreditləri yubatmışlar. Buna baxmayaraq, Azərbaycan rəhbərliyi milli maraqlara cavab verməyən heç bir addım atmamışdır. Azərbaycanda iqtidarın siyasəti xalq tərəfindən məhz ona görə dəstəklənir ki, iqtidarın siyasəti xalqın maraqlarını güdür.

 

İqtisadi müstəqilliyin təmin edilməsi qarşıya hədəf olaraq qoyulmuş və bu hədəfə nail olunmuşdur. Bu gün Azərbaycan istənilən meyar üzrə, istənilən parametr üzrə heç kimdən asılı deyil, iqtisadi sahədə ən qabaqcıl yerlərdədir.  

 



09.03.2021 | 13:32