Yuxarı siniflər üzrə eşitməsində çətinliyi olan uşaqlar üçün teledərslər

Martın 10-dan “Dərs vaxtı”nda yuxarı siniflər üzrə eşitməsində çətinliyi olan uşaqlar üçün teledərslərin yayımına başlanılır.

 

Dərslər səs, daktil, mimika və jestlər əsasında hazırlanır. Prosesə pedaqoji metod, üsul və vasitələrdən istifadə edərək eşitmə qavrayışını və nitqi inkişaf etdirən, tələffüzü formalaşdıran surdopedaqoqlar da cəlb olunublar. Məqsəd çətinliklərə baxmayaraq, bütün uşaqların öyrənməsini təmin etməkdir.

 

Xatırladaq ki, fevralın 9-dan Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” telekanalında efirə gedən “Dərs vaxtı” proqramı çərçivəsində ibtidai siniflər üzrə eşitməsində çətinliyi olan uşaqlar üçün teledərslər yayımlanır.

 

 



09.03.2021 | 11:25