1990-cı ildə hakimiyyətə təsadüfi adamlar gəlmişdi

Prezident  İlham Əliyev YAP-ın VII qurultayında ötən əsrin 90-cı illərində ölkədəki vəziyyətə siyasi qiymət verərək qeyd etmişdir: 1990-cı illərin əvvəllərindəki gənc müstəqil Azərbaycanla bugünkü Ermənistanda baş verənlər arasında oxşarlıqlar var – ümidsizlik, cəmiyyətdə hökm sürən total apatiya, depressiya, heç bir siyasi qüvvəyə inamın olmaması, iqtidara inamın olmaması, müxalifətə inamın olmaması.

 

O vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü ancaq öz maraqlarını güdürdü. Hakimiyyətə təsadüfi adamlar gəlmişdi, eynən Ermənistanda 2018-ci ildə hakimiyyətə gələn insanlar kimi – təcrübəsiz, biliksiz, mədəniyyətsiz, səriştəsiz, qorxaq, fərari. Məhz Yeni Azərbaycan Partiyasının yaranması ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmişdir.
 

 



09.03.2021 | 11:54