“Ölkəmin rəqs çələngi” festivalının bağlanış mərasimi | |
İyunun 12-də Azərbaycan Dövlət Musiqili Teatrında “Ölkəmin rəqs çələngi” respublika uşaq rəqs festival-müsabiqəsinin yekun konserti keçirilib.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, ölkəmizdə fəaliyyət göstərən səfirliklərinin nümayəndələri, mədəniyyət və inəsənət xadimləri iştirak edib.
Festival-müsabiqənin seçim turunda 23 müəssisədən 30 rəqs qrupu qatılaraq “Milli rəqs”, “Müasir rəqs” və “Dünya xalqlarının rəqsləri” nominasiyaları üzrə 67 rəqs nömrəsi nümayiş etdirib.
Bakı şəhəri üzrə Gənclərin Bədii Yaradıcılıq Evi, 2, 3, 4, 5, 6 nömrəli Uşaq-Gənclər İnkişaf mərkəzlərinin, bölgələr üzrə Gəncə, Mingəçevir, Qəbələ, Qax, Quba, İsmayıllı, Zaqatala, Tərtər, Salyan, Beyləqan, Göyçay, Tovuz, Ucar, Oğuz, Xaçmaz, Masallı rayon Uşaq-Gənclər İnkişaf mərkəzlərinin rəqs kollektivlərinin çıxışları münsiflər heyəti tərəfindən 10 ballıq sistemlə qiymətləndirilib. Hər üç nominasiya üzrə 3 kollektiv “Qran-pri” mükafatına, 8 kollektiv I, 8 kollektiv II, 8 kollektiv isə III yerlərə layiq görülüb.
Konsertdə kollektivlər rəqs nömrələri ilə çıxış ediblər.
Tədbirin sonunda qaliblər mükafatlandırılıb.
|
|
13.06.2018 | 17:50 | |
|
|
|