Naxçıvan Dövlət Universiteti: yeni inkişaf mərhələsi, yeni uğurlar, yeni perspektivlər | |
Naxçıvan Dövlət Universiteti Azərbaycan Respublikasının milli iqtisadi quruculuq proseslərinə, uzunmüddətli sosial hədəflərinə, etibarlı infrastruktur quruculuğuna, ən müasir təhsil standartlarının əlçatanlığına, ixtisaslaşmış kadr potensialının hazırlanmasına və digər mühüm nailiyyətlərin əldə olunmasına doğru inamla addımlamaqdadır. Günümüzün tələblərinin, eyni zamanda, yeni dünya çağırışlarının içərisində təhsilalma istiqamətindəki göstəricilərin artan dinamikasının təşəkkülü özünün aktuallığı ilə seçilir ki, bu sahədə də NDU-nun yeri və rolu artmaqdadır.
Hadisələrin gedişinə və qarşıya çıxan sosial-iqtisadi problemlərin aradan qaldırılması istiqamətindəki tədbirlərin strukturuna diqqət etdikdə aydın olur ki, elm, təhsil və bu sahədəki təcrübə üstünlük təşkil edir və məhz bu da NDU-nun təcrübəsində, timsalında və reallaşdırdığı qabaqlayıcı tədbirlərin fonunda daha mütərəqqi görünməkdədir. Demək olar ki, 2020-ci il üzrə bütün fəaliyyət sektorlarında məhdudlaşdırıcı mövcudluğu ilə özünü göstərən COVİD-19 pandemiyası şəraitində belə tədris proseslərinin ağsadılmadan davam olunmasındakı tədbirlər Naxçıvan Dövlət Universitetinin:
Artıq Naxçıvan Dövlət Universiteti qalib ölkənin inkişaf edən, bununla da, hər birimizin sonsuz qüruruna çevrilən ali məktəbidir. Burada təhsilin idarə olunması sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlər elmi biliklərin, dünyagörüşün və dünyaya çıxışın hüdudsuz olduğunu, heç bir sərhəd tanımadığını, əksinə, durmadan və dayanmadan, öz əhatəsini və miqyasını daha da genişləndirdiyini bir daha sübut etməkdədir. Öyrənməyin, savadlanmanın, biliyin, müasir düşüncənin, bir sözlə, intellektual mülkiyyətin sarsılmaz dayaqlarının yaradılmasının daha da aktuallaşdığı hazırkı şəraitdə NDU-da əldə olunan uğurlar öz əhatəsini artırmış, məsafədən və şəraitdən asılı olmayaraq təhsilalmanın dəyişməz ünvanına çevrilmişdir.
Bütün bunlarla, müəyyən olunan hədəflərinə doğru inamla addımlayan ali məktəbimiz həm də müəllim və tələbələrin qarşılıqlı elmi mübadilə sahəsində mərkəzi olaraq təşəkkül tapmışdır. Yeni təhsil imkanlarının yaradılması proseslərinin davamlılığı qarşıdakı dövrlər üçün çox güclü baza olacaqdır. Fikrimizi fevralın 15-də Naxçıvan Dövlət Universitetinin xarici dillər fakültəsinin yeni tədris korpusunun istifadəyə verilməsi də sübut edir. Artıq bu, universitetin bundan sonrakı elmi və pedaqoji həyatında keyfiyyətcə yeni mərhələnin başlanğıcı olacaqdır.
Qeyd edək ki, istifadəyə verilən fakültədə İngilis dili və metodika, Roman-german dilləri, İngilis dili və tərcümə, Rus və şərq dilləri kafedraları, xarici ölkə ədəbiyyatı və 2 linqafon kabinəsi, eləcə də “Tədris - metodiki mərkəz”, “Sinxron tərcümə mərkəzi”, “Fransız dili”, “İngilis dili”, “Alman dili”, “Rus dili”, “Ərəb dili”, “Fars dili” mərkəzləri və “Tərcümə mərkəzi” fəaliyyət göstərir ki, bütün bunlar da universitet idarəetməsinin, müəllim keyfiyyətlərinin və tələbə yetkinliyinin çox mühüm göstəriciləri olaraq əhəmiyyət kəsb edəcəkdir. Bütün bunlarla Naxçıvan Dövlət Universiteti:
NDU uğurlarındakı ardıcıllığa təhsilin inkişafı ilə yanaşı tanıtma və bəyanetmə sahəsindəki fəaliyyətini də aid etməkdədir. Ölkəmizin uğurla davam etdirdiyi milli iqtisadi və sosial sahələr üzrə islahatlara sadiq qalaraq, çox qısa müddətdə, daha doğrusu, 2020-ci il ərzində təhsilin və tədrisin idarə olunması sahəsində keyfiyyət göstəricilərinin əldə olunması məqsədilə hələ ötən ilin may ayında yeni fakültələr yaradılmışdır. Nəticədə, universitetin dünyaya çıxışı üçün mühüm mərhələ başlanmış, ingilis dilində iqtisadiyyat ixtisasına qəbul keçirilmiş və bu sahə üzrə yüksək göstəricilər əldə olunmuşdur. Artıq həmin uğurların davamı olaraq, ali təhsil ocağının “Universitet” televiziyasının ingilis dilində yayımlanan ilk xəbər buraxılışı ictimaiyyətə təqdim olunmuşdur. Çox sevindiricidir ki, hər zaman yüksək qayğı və diqqəti ilə əhatə olunduğumuz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “Universitet” televiziyasının muxtar respublika üzrə yayımının təmin olunması barədə tapşırıqlar verilmişdir.
Naxçıvan Dövlət Universiteti öz hədəflərinə doğru yüksək qətiyyətlə, artan potensialla və böyük inamla addımlamaqdadır. Ali təhsil ocağının əyani və qiyabi şöbələrində bakalavr üzrə 5648, magistratura üzrə 360, doktorantura üzrə 138 və rezidentura üzrə 52 tələbə təhsil alır ki, onlar yaradılmış imkanlardan yetərincə istifadə edir. Muxtar respublikamızın etibarlı qonşuluq və sadiq tərəfdaşlıq münasibətlərinin inkişafına universitet özünəməxsus imkanlarla töhfə verir. Türkiyə, İran, Banqladeş, Nigeriya, Pakistan, Özbəkistan, Rusiya, İraq, Cənubi Koreyadan olan 1029 əcnəbi tələbənin universitetdə təhsil alması bütövlükdə Azərbaycan təhsilinin, inkişafın Naxçıvan modelinin bəyanında böyük nəticədir.
Beləliklə, Naxçıvan Dövlət Universiteti ölkənin milli təhsilin inkişafı üzrə uzunmüddətli prioritetlərinə doğru qətiyyətlə addımlayır. Burada həm təhsil, həm dünyagörüş, həm elmi biliklərin artırılması, həm nəzəri və təcrübi bacarıqların üzə çıxarılması, həm də təşkilatçılıq və idarəetmə qabiliyyətlərindən ibarət zəruri göstəricilər yer almaqdadır. Təbii ki, bütün bunlarla qarşıdakı dövrlərdə ali məktəbin daha böyük uğurlarının şahidi olacağıq.
Cavadxan QASIMOV, Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru
|
|
05.03.2021 | 16:04 | |
|
|
|