V qrant müsabiqəsi üzrə layihələrin qəbuluna başlanılır | |
Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinə layihə sənədlərinin qəbulu başlayır. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu aprelin 1-dək www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək.<span segoe="" "="" style="box-sizing: inherit;font-size:1rem !important">
Müsabiqə fərdi və ümümi təhsil kateqoriyaları üzrə keçirilir.
Müsabiqə aşağıdakı mövzuları əhatə edir:
1) İstedad və yaradıcılıq meyillərinə görə təhsilalanların kurikulumdan kənar bilik və bacarıqlarının formalaşdırılması (mövzunun əhatə etdiyi istiqamətlər: təhsilalanların müxtəlif müsabiqə, olimpiada, yarış, festival, sərgilər və s. üçün hazırlaşdırılması və onlarda iştirakın təmin edilməsi; STEAM, veb dizayn, kodlaşdırma, 3 ölçülü çap, qrafik dizayn, animasiya, robototexnika, leqo, incəsənət, rəqs, ictimai nitq, debat, peşə seçimi, iqtisadi və maliyyə savadlığı və s. öyrədən dərnəklərin, klubların təşkili; Xarici dil bilən təhsilalanların Coursera, Udemy, edX, Duolingo və bu kimi beynəlxalq onlayn öyrənmə platformalarındakı ödənişsiz və ya ödənişli kurslarda iştirakının təmin edilməsi.)
2) Pedaqoji işçilər üçün metodik dəstəyin təkmilləşdirilməsi, məktəbdə öyrədici mühitin formalaşdırılması (mövzunun əhatə etdiyi istiqamətlər: inklüziv təhsil, məsafədən təhsil, oyun əsaslı təlim, layihə əsaslı təlim, problem əsaslı təlim, tətbiqlər (app-lər) vasitəsilə təlim və s. üzrə məktəbdaxili və məktəblərarası metodik və mentorluq xidmətlərinin təkmilləşdirilməsi; müəllimlərin ölkədaxili və ölkəxarici həmkarları (əsasən xarici dil müəllimləri) ilə əməkdaşlığının qurulması və şagirdlərə dərslərin birgə distant tədrisi; Xarici dildə mövcud olan açıq öyrədici əlavə resursların (kitabların) Azərbaycan dilinə tərcüməsi, adaptasiyası və məktəbdə tətbiqi; sinif otaqlarının və fənn kabinetlərinin uyğun resurslarla (şagirdlərlə birlikdə hazırlanmış resurslar, satın alınmış cihaz və qurğular) təminatına dəstək; və s.)
3) Təhsilalanların məsafədən təhsilə əlçatanlığının təmin olunması (mövzunun əhatə etdiyi istiqamətlər: məsafədən təhsil üçün texnoloji avadanlıqlarla (internet, kompüter və digər İKT vasitələri ilə) təchiz olunmuş fərdi tədris məkanlarının (məktəbdə) yaradılması və pandemiyanın sanitar-gigiyena normaları nəzərə alınmaqla məsafədən təhsilə qoşula bilməyən təhsilalanların istifadəsinə verilməsi; təhsilalanların məsafədən təhsilə qoşulması üçün motivasiya sisteminin yaradılması və tətbiqi.)
4) Fiziki və psixososial sağlamlığın qorunması, təhlükəsizlik, milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliği (mövzunun əhatə etdiyi istiqamətlər: sağlam həyat tərzi, düzgün qidalanma, zərərli vərdişlərdən qorunma, fiziki-psixoloji zorakılıqdan və qısnamadan (o cümlədən, virtual aləmdə) müdafiə, valideynlərin iştirakı ilə məktəbdə psixososial durumun yaxşılaşdırılması, həssas qruplara mənsub olan təhsilalanların (sağlamlıq imkanları məhdud, aztəminatlı, miqrant və readmissiya edilmiş ailələrdən olan təhsilalanlar və s.) sosial inklüziyası, Dayanıqlı İnkişaf Məqsədləri, yol hərəkəti, fəlakət riskləri, fövqəladə hallar, mina təhlükəsizliyi, ətraf mühitə qayğıkeş münasibət, milli təəssübkeşlik, vətənpərvərlik, əməksevərlik, tolerantlıq, davranış qaydaları və s. məsələlərə yönəlmiş layihələr; təhsilalanların məktəb icmasında mövcud olan sosial-ictimai problemlərin həllində iştirakı; öz məktəb tarixinin (məktəb məzunu olmuş şəhidlər, qazilər, məşhur şəxslər və s.) araşdırılması və tanıdılması və s.)
5) Məktəb idarəetməsinin təkmilləşdirilməsi (mövzunun əhatə etdiyi istiqamətlər: mütərəqqi məktəb idarəetmə modellərinin və ya onun elementlərinin məktəbdə tətbiqi; məktəbdaxili qiymətləndirmə, təhsilalanların attestasiyası, milli və beynəlxalq qiymətləndirmə (TIMSS, PISA və PIRLS və s.), fənn müsabiqələri, olimpiadaların nəticələrinin idarəetmə baxımından təhlili, məktəbin zəif cəhətlərinin müəyyənləşdirilməsi və aradan qaldırılması üzrə tədbirlər planı əsasında fəaliyyət; məktəblərarası təcrübə mübadiləsi (“Qardaşlaşmış məktəblər”, “Bölgələrdən bölgələrə” və s. təşəbbüslər) layihələrinin həyata keçirilməsi və s.)
|
|
01.03.2021 | 13:55 | |
|
|
|