UFAZ nümayəndələri Neft-Kimya Prosesləri İnstitutunda

Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) Azərbaycan-Fransız Universitetinin (UFAZ) əməkdaşları ilə görüş keçirilib.

 

Görüşdə institutun direktoru, akademik Vaqif Abbasov, direktor müavini, professor Hikmət İbrahimov, UFAZ-ın icraçı direktoru Vazeh Əskərov, Elmi Araşdırmalar Departamentinin rəhbəri, professor Filip Turek,  magistr pilləsi üzrə tədris edən müəllimləri Zahra Afrassiabian və Fəxriyyə Məmmədova iştirak ediblər.

 

Akademik V.Abbasov qonaqlara institutun tarixi, aparılan elmi-tədqiqat işləri, sintez olunan reagentlər haqqında məlumat verib.

 

Sonra ikitərəfli əməkdaşlıq perspektivləri barəsində UFAZ-ın yeni yaradılmış Elmi Araşdırmalar Departamenti ilə institutun gələcək layihələrinin həyata keçirilməsi, eləcə də universitetin bakalavr və magistr tələbələrinin institut laboratoriyalarında təcrübə keçmələri ilə bağlı məsələlər müzakirə olunub.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, NKPİ və Unistra ilə birgə gələcək elmi layihələrin həyata keçirilməsi təklif edilib.

 

Sonda qonaqlar Yusif Məmmədəliyevin Memorial muzeyi və institutun laboratoriyaları ilə tanış olublar.

 



01.03.2021 | 14:16