“Yüksəliş” müsabiqəsinin yarımfinalçılarının məzun olduqları universitetlər

“Yüksəliş” müsabiqəsinin yarımfinalçılarının məzun olduqları universitetlərə dair statistik göstəricilər açıqlanıb.

 

Müsabiqənin yarımfinalçılarının məzun olduqları universitetlərin faiz payı belədir:

 

  • UNEC - 90 nəfər  (29%)
  • Bakı Dövlət Universiteti - 63 nəfər (20%)
  • Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası - 37 nəfər (12%)
  • Azərbaycan Dövlət Neft və Senaye Universiteti - 16 nəfər (5%)
  • Bakı Mühəndislik Universiteti - 15 nəfər (5%)
  • Xarici universitetlər - 14 nəfər (4.5%)
  • Digər universitetlər - 74 nəfər (24.5%)

 

Qeyd edək ki, “Yüksəliş” - istedadlı kadrların seçilməsi, inkişaf etdirilməsi üzrə müsabiqədir. Hər bir qalibə fərdi inkişaf üçün 20 min manat məbləğındə qrant təqdim olunacaq. Müsabiqənin 20 finalçısı idarəçilər üçün ən yaxşı proqramlar çərçivəsində bacarıqlarını artırmağa kömək edən qrantlar qazanacaq.

 

Onlar 1 il ərzində böyük şirkətlərin top-menecerləri, ictimai xadimlər və dövlət qurumlarının rəhbərləri tərəfindən karyera məsləhətləri alacaqlar.

 

Bu barədə UNEC-dən bildirilib.



01.03.2021 | 10:00