BANM Stokholm Universiteti ilə kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssis hazırlığına başlayır

Bakı Ali Neft Məktəbi (BANM) İsveçin Stokholm Universiteti ilə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsi üzrə mütəxəssis hazırlığı istiqamətində əməkdaşlığa başlayıb.

 

Birgə  layihə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi üzrə mütəxəssislərə artan tələbatı ödəmək üçün nəzərdə tutulub. BANM  xüsusi Bakalavr proqramı çərçivəsində bu sahə üzrə təhsillərini davam etmək istəyən gənclər üçün onlayn kurslar təşkil edəcək.

 

Stokholm Universiteti ilə birgə təşkil edilən onlayn kurs kibertəhlükəsizlik sahəsində təhsil, təcrübə mübadiləsi, sənayenin ehtiyaclarını araşdırmaq və praktik bacarıqlı mütəxəssis yetişdirmək məqsədi daşıyır.

 

Bu ortaq layihə gənc istedadlara kiber təhlükəsizlik sahəsində xüsusi hazırlanmış onlayn proqram vasıtəsilə karyeralarını inkişaf etdirmək üçün bir çox fürsətlər təqdim edəcək. Eyni zamanda, bu birgə təşəbbüs bölgədə informasiya təhlükəsizliyi sektorunda beynəlxalq əməkdaşlığın inkişafına zəmin yaradacaq.

 

Bakı Ali Neft Məktəbi yüksək keyfiyyətli, rəqabətə davamlı kibertəhlükəsizlik təhsilinin təmin edilməsinə yönəlmiş bu ortaq təşəbbüs vasitəsi ilə Polşa, Gürcüstan və Ukraynanın aparıcı universitetləri ilə əməkdaşlıq edəcək.

 

Bu barədə BANM-dən bildirilib.

 



25.02.2021 | 15:33