“Qurtuluşdan başlanan tərəqqi yolu” | |
Naxçıvan Dövlət Universitetində Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib. “Qurtuluşdan başlanan tərəqqi yolu” adlanan lektoriyanı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, 1997-ci ilin 27 iyununda xalqın arzusu və Milli Məclisinin qərarı ilə 15 iyun Azərbaycanda Qurtuluş günü kimi rəsmiləşdirilib, 1998-ci ildən isə dövlət bayram statusu alaraq hər il rəsmi bayram kimi qeyd edilir. Çünki məhz Azərbaycanın azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi həmin tarixi məqamda Heydər Əliyev ölkə rəhbərliyinə qayıtmaqla milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas edib, qurtuluşumuzun təməlini atıb. Həmin vaxtdan bu günə qədər Azərbaycan xalqı 15 iyun gününü əziz bayram kimi qeyd edir, bu tarixi dövlətimizin qurtuluşunun başlanğıcı kimi dəyərləndirir. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev ümummilli liderimizin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır.
“Milli qurtuluşumuzun zəfər yürüşü” adlı çıxışında tədris-tərbiyə işləri üzrə prorektor, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov dahi rəhbərin xalq və Vətən naminə fəaliyyətinə həsr olunmuş mənalı ömür yoluna nəzər salıb. Diqqətə çatdırılıb ki, bu gün ulu öndər Heydər Əliyevin quruculuq xəttinin uğurla davam etdirildiyi Naxçıvan Muxtar Respublikası da davamlı inkişaf yolundadır. Ümummilli liderin ideyalarına sədaqət Muxtar Respublikanı hərtərəfli inkişafa qovuşdurub.
|
|
13.06.2018 | 18:27 | |
|
|
|