“Xocalı-sağalmaz yaram mənim”

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar olaraq   Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Xocalı-sağalmaz yaram mənim” adlı sərgi nümayişinə başlanılıb.

 

Təhsil şöbəsindən bildiriblər ki, sərgidə faciəni özündə əks etdirən tarixi fotolar, sənədlər, kitab və jurnallar və Mərkəzdə fəaliyyət göstərən “Rəsm” kursunun üzvlərinin rəsm əsərləri nümayiş etdirilir.

 

Sərgi  fevralın 27-nə   kimi davam edəcək.

 

Şakir CƏFƏROV

 



21.02.2021 | 11:18