“Məktəb inspektoru” vakansiyasına namizədlərin seçimi davam edir

Fevralın 13-də Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məktəblərdə keyfiyyətin monitorinqinin aparılması məqsədilə elan olunan məktəb inspektoru vakansiyası üzrə yazılı imtahan keçirilib. 12 fevraladək qeydiyyatdan keçmiş 357 nəfərdən 37-si qadın, 18-i kişi olmaqla 55 namizədin vakansiya tələbləri nəzərə alınaraq seçim turunun I mərhələsində iştirakı təmin edilib.
 

 

Müsabiqənin imtahan mərhələsindən uğurla keçən namizədlər 19-20 fevral tarixlərində müsahibədə iştirak etmək üçün Agentliyə dəvət olunacaqlar.
 

 

<span times="" new="" "="" style="box-sizing: inherit;">Qeyd edək ki, yeni müraciətlərin son qəbul tarixi 26 fevraldır. Növbəti dəfə müsabiqənin imtahan mərhələsinin 28 fevral tarixində keçiriləcəyi nəzərdə tutulub.

 

 



18.02.2021 | 16:20