Magistraturaya sənəd verən 17849 bakalavr ərizəsini təsdiq edib

Magistraturaya sənəd qəbulu bu gün başa çatır. 

 

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu fevralın 9-dan başlayıb və 18 fevral saat 23:59-dək davam edəcək.

 

Bu gün saat 10:20-yə olan məlumata əsasən 17849 bakalavr (Azərbaycan bölməsi - 16291; rus bölməsi - 1558) ərizəsini təsdiq edib.

 

İmtahan 2021-ci il fevralın 28-də keçiriləcək.



18.02.2021 | 11:19