“Əlaqə mərkəzi təmsilçisi” təliminə start verilir | |
17 fevral tarixindən etibarən Peşə Təhsili üzrə Dövlət Agentliyi “Əlaqə mərkəzi təmsilçisi” adlı təlimə ərizə qəbulunu açıq elan edir.
Təlimdə iştirak üçün son müraciət tarixi 25 fevral 2021-ci il nəzərdə tutulub.
Seçilən iştirakçılar təlim proqramı çərçivəsində dövlət qurumları, ticarət, xidmət və digər sektorlardan müraciət edənlərin gözlənti, irad və şikayətlərini təqib və təhlil etməyi, eləcə də mümkün həll yollarını öyrənəcəklər. Təlimin məqsədi sözügedən xidmət sahəsində peşəkarlığın yüksəldilməsi, əmək bazarında rəqabətlilik və məşğulluq səviyyəsinin artırılmasıdır.
Ümumilikdə 50 saat müddətində təşkil ediləcək onlayn interaktiv və praktiki məşğələlərdən ibarət təlimin sonunda təlimi müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.
Daha ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz. |
|
17.02.2021 | 16:14 | |
|
|
|