Dördüncülər ibtidai sinfə əlvida dedilər | |
Hər bir insanın həyatında məktəb illəri, xüsusən də ibtidai təhsil dövrü böyük rol oynayır. Görünür, məhz buna görədir ki, hər birimiz ömrümüz boyu o illəri xoş hisslərlə xatırlayırıq.
Bu il Bakıdakı 251 nömrəli tam orta məktəbin 4 A2 sinfini bitibən şagirdlər də, yəqin ki, ibtidai siniflərdə oxuduqları illəri, bu illər ərzində keçirdikləri bir-birindəm maraqlı, məzmunlu tədbirləri, xüsusən də təhsilin bu pilləsini başa vurmalarına həsr olunmuş bayram tədbirini heç zaman unutmayacaqlar. Həmin bayram tədbiri 10 iyun 2018-ci il tarixində 251 nömrəli tam orta məktəbin akt zalında keçirilib. Tədbirdə məktəbin direktoru Aygün Əzizova, direktor müavini Elmira Alandarova, müəllimlər, valideynlər iştirak ediblər.
Tədbir uşaqların Dövlət himnini ifa etməsi ilə başlayıb. Sonra məktəbin direktoru Aygün Əzizova qonaqları, uşaqları salamlayıb, ibtidai təhsilin insanın sonrakı təhsil illərində mühüm və önəmli bir mərhələ olduğunu qeyd edib. Şagirdlərə gələcək təhsillərində uğurlar arzulayan direktor onların müəllimi Ofelya Mustafayevaya təşəkkür edib.
Sonra söz uşaqlara verilib. Onların məktəb, ilk müəllim, ana, Vətən haqqında ifa etdikləri şeir və mahnılar, təqdim etdikləri kompozisiyalar tədbir iştirakçılarının böyük marağına səbəb olub. Səhnədə çıxış edən şagirdlər sərbəstliyi, özlərinə əminlikləri ilə dinləyənləri heyran qoyublar.
Tədbir əyani şəkildə göstərib ki, 4 il ərzində uşaqlara təkcə elm, savad deyil, həm də zəruru bacarıq və vərdişlər də aşılanıb. Təbii ki, Ofeyla müəllimin əməyi hesabına.
|
|
12.06.2018 | 12:49 | |
|
|
|