“Təhsilə əlçatanlıq hər kəsin hüququdur” | |
Azərbaycan Dövlət İqtisad Universiteti “UNEC-in gənc müəllimləri” layihəsində növbəti müəllimini tanıdır- Nərmin İbrahimovanı.
N.İbrahimova Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində bakalavr təhsil pilləsini bitirib.
UNEC Biznes Mərkəbində MBA proqramı üzrə Beynəlxalq biznes ixtisası üzrə magistr təhsili alıb.
2015-2018-ci illərdə ABŞ-ın nüfuzlu Vaşinqton universitetində “Sosial sahibkarlıq” ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. ABŞ universitetində fərdi fandreyzinq (maliyyə vəsaitlərinin cəlb edilməsi) sahəsi üzrə uğurla fəaliyyət göstərib.
UNEC-də Layihələrin İdarəolunması şöbəsinə rəhbərik edir. Beynəlxalq İqtisadiyyat Məktəbində (İSE) Sosiologiya fənnini tədris edir.
Azərbaycan, rus və ingilis dillərini bilir.
N.İbrahimovanın devizi belədir: “Təhsilə əlçatanlıq hər kəsin hüququdur”. |
|
17.02.2021 | 11:44 | |
|
|
|