“Bizə qoşul və xilas et” layihəsi üzrə yekun hesabat təqdim olunub

Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi" çərçivəsində icra edilən “Bizə qoşul və xilas et!” layihəsi ilə əlaqədar yekun hesabat görüşü keçirilib.

 

Onlayn görüşdə Ağsu rayon məktəblərində təhsil alan 50-dən artıq şagird və müəllim iştirak edib.

 

Layihə rəhbəri, Ağsu rayon Kəndoba kənd tam orta məktəbinin biologiya müəllimi Ziba Məmmədova layihənin icra məqsədlərindən danışıb.

 

Həmçinin layihə çərçivəsində təşkil olunmuş maarifləndirici seminarlar, müsabiqələrdən söz açılıb, yekun hesabat təqdim edilib.

 

Tədbirdə “Ailə xilaskarları könüllü klubu”nun üzvləri tərəfindən hazırlanan videoçarx və təqdimatlar da nümayiş olunub.

 



16.02.2021 | 12:13