LDU-dan “YAŞAT” Fonduna 10 min manat ianə

Lənkəran Dövlət Universiteti (LDU) Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu- “YAŞAT”a 10 min manat vəsait köçürüb.

 

LDU kollektivinin fonda yardım etmək təşəbbüsü universitetin Elmi Şurası tərəfindən tam dəstəklənib. Elmi Şurada çıxış edənlər universitet əməkdaşlarının sosial yönümlü xeyriyyə aksiyalarında daim öncül sırada iştirakını müsbət dəyərləndirib və gələcəkdə də bu istiqamətin davam etdirilməsinin vacibliyini  vurğulayıblar.

 

Qeyd edək ki, “YAŞAT” Fondunun yaradılmasında məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

 

Bu baradə LDU-dan məlumat verilib.  



10.02.2021 | 17:37