Dövlət Proqramı məzunundan növbəti təlim proqramı

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı“ məzunlarının ictimaiyyətə tanıdılması, eyni zamanda əldə etdikləri bilik və bacarıqların paylaşılması məqsədilə davamlı olaraq təlimlər keçirilir.

 

12 fevral saat 14:00-da baş tutacaq təlim proqramı “Azərbaycan iqtisadiyyatı: 2020-ci ilin icmalı və 2021-ci il üzrə gözləntilər” mövzusuna həsr edilib. Təlimçi yuxarıda qeyd olunan Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Şeffild Universitetinin (University of Sheffield) iqtisadiyyat ixtisası üzrə magistratura pilləsindən məzun Ülvi Sərkarlıdır.

 

Təlimdə iştirak etmək üçün müvafiq link https://bit.ly/3jBy4AT vasitəsilə  qeydiyyatdan keçmək mümkündür.

 

Qeyd edək ki, onlayn təlimə dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.

 



10.02.2021 | 16:50