Zəfər kuboku uğrunda Şahmat turniri

Naxçıvan Dovlət Universitetində Zəfər kuboku uğrunda Şahmat turniri keçirilib.

 

Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, muxtar respublikada bütün idman sahələri ilə yanaşı, şahmatın da inkişafı daim diqqət mərkəzindədir. Bildirilib ki, şahmat idman növü olmaqla yanaşı, həm də bu idman növü ilə məşğul olan hər kəsin zehni inkişafında mühüm rol oynayır.

 

Bədən tərbiyəsi və idman kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Məmmədəli Rəhimov isə universitetdə hər il keçirilən idman yarışlarından, tələbələrin müxtəlif turnirlərdə qazandığı qələbələrdən danışıb.

 

Bədən tərbiyəsi və idman kafedrasının şahmat üzrə müəllimi Kifayət Hüseynova yarışın qaydaları haqda tələbələrə məlumat verib.

 

Qeyd edilib ki, intellektual oyuna ali təhsil ocağının bütün fakültələrindən olmaqla 40-a yaxın şahmatçı qatılıb.

 

Turnirin sonunda qaliblər müəyyənləşib.

 

Tibb fakültəsinin Stomatologiya ixtisası üzrə III kurs tələbəsi Aybəniz Hüseynova yarışın qalibi olub.   

 

Beynəlxalq münasibətlər və hüquq fakültəsinin  Beynəlxalq münasibətlər ixtisası üzrə I kurs tələbəsi Adəm Məmmədov II, tarix-filologiya fakültəsinin Kitabxanaçılıq və informasiya ixtisası üzrə II kurs tələbəsi Ləman Dünyamalıyeva isə III yeri tutub.

 

Qaliblər kubok və diplomlarla mükafatlandırılıb.

 



06.02.2021 | 11:05