“Gəncliyin BİR həftəsi” adlı layihə keçirilib

Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramının təşkilatçılığı ilə 2 Fevral –Gənclər Günü münasibətilə keçirilən “Gəncliyin BİR həftəsi” adlı layihədə 250-dən çox tələbə-könüllü iştirak edib.

 

“Gəncliyin BİR həftəsi” “Bir” tələbə-könüllü proqramının 6 (Yaşa, yaşat, öyrən, öyrət, kəşf et, zövq al) fəaliyyət istiqamətinə uyğun təşkil olunub. Layihə çərçivəsində birinci gün (Öyrən) onlayn şəkildə "Jest dili" təlimi, ikinci gün (Yaşat) qanköçürülməsinə ehtiyac duyan insanlar üçün Mərkəzi Qan Bankında qanvermə aksiyası, üçüncü gün torpaqlarımızın işğaldan azad olunmasında canından keçən şəhidlərin əziz xatirələrinin anılması, şəhid ailələrini ziyarət, dördüncü günü (Öyrət) Vətən müharibəsi qazisi, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenant və hərbi həkimi Namiq Sətfəddinlinin iştirakı ilə görüş baş tutub. <span "="" style="box-sizing: inherit;">Həmçinin, “Gəncliyin BİR həftəsi”ndə gənclərin dünyagörüşünün artırılması məqsədilə “Code-Tusi” intellektual kvest oyunu (Zövq al) və “Şahmat turniri” (Kəşf et), son gün isə tələbə-könüllülər üçün Gənclər Gününə həsr olunan musiqi saatları (Yaşa) keçirilib.

 

Qeyd edək ki, Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramı milli könüllü platforması kimi 25 mindən çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 650-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər. 

 

 

 



05.02.2021 | 18:03