AzTU alimləri “Elm-Təhsil İnteqrasiyası” adlı qrant müsabiqəsində 5 layihə üzrə qalib olub

Azərbaycan Texniki Universitetinin (AzTU) alimləri tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun təşkil etdiyi “Elm-Təhsil İnteqrasiyası” adlı qrant müsabiqəsinə təqdim olunan layihələrdən beşi qalib olub. Qalib olan layihələrə Elmin İnkişafı Fondu tərəfindən ümumilikdə 315 000 manat qrant ayrılıb.

 

Qrant ayrılan layihələr “Azərbaycanda elektron tullantıları problemləri və onların həlli yolları”, “İnnovativ metallurgiya texnologiyası əsasında yayma istehsalatında yüksək xassələrə malik bimetallik valın işlənilməsi”, “А2VB3VI birləşmələri əsasında aşqarlama və nanostrukturlaşma yolu ilə alınmış yüksək termoelektrik effektivli yeni materiallar”, “Acınohur titanmaqnetit superkonsentratının məhsullarından istifadə etməklə litium titanatların sintezi və xassələrinin funksiyalaşdırılması” və “Qeyri-səlis məntiq əsasında universitetlərin göstəricilərinin təhlili üsulları və informasiya analitik sistemin işlənilməsi” layihələridir.

 

Layihələr AMEA-nın müxtəlif institutları və elmi-tədqiqat mərkəzləri ilə birgə icra olunacaq.

 

Qeyd edək ki, Elmin İnkişafı Fondunun təşkil etdiyi “Elm-Təhsil İnteqrasiyası” adlı qrant müsabiqəsində qalib gələn 69 fundamental-tətbiqi xarakterli və 2 xüsusi layihəyə ümumilikdə 4 milyon 090 min manat vəsait ayrılıb.

 

 



11.06.2018 | 15:09