ADNSU Avropa Birliyinin “WORK4ACE” layihəsində | |
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) üzvü olduğu Avropa Birliyi tərəfindən maliyyələşdirilən “WORK4ACE” layihəsinin onlayn başlanğıc görüşü (kikc-off meeting) keçirilib.
Görüşdə ADNSU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov, prorektor müavini Ülviyyə Abbasova və Beynəlxalq layihələr üzrə koordinator Leyla Nağıyeva iştirak ediblər.
Layihənin digər beynəlxalq iştirakçılarının da çıxış etdiyi görüşdə fikir mübadiləsi aparılıb, iştirakçılar qarşısında qoyulan öhdəliklər və gələcək zəruri addımlar müzakirə olunub.
Almaniya, Belçika, İspaniya, Ukrayna və Azərbaycanın üzv olduğu “WORK4ACE” layihəsi tələbə və məzunların işlə təminatını yaxşılaşdırmaq üçün rəqəmsal dövrdə universitet-müəssisə əməkdaşlığının yeni formalarını inkişaf etdirmək məqsədi daşıyır.
Bu barədə ADNSU-dan bildirilib.
|
|
04.02.2021 | 10:10 | |
|
|
|