Braziliyalı alim ADNSU-da seminar keçib

İyunun 7-də Braziliyanın Campinas Dövlət Universitetinin qida elmləri üzrə doktoru Amin Mousavi Khaneghah Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) kimya- texnologiya fakültəsinin “Üzvi maddələr və yüksək moldekullu birləşmələrin texnologiyası” kafedrasında “Elmi məqaləlrin yazılma qaydaları” haqqında seminar keçib. Seminarda kafedranın əməkdaşları və magistrantlar iştirak edib.

 

Amin Mousavi Khaneghah elmi tədqiqat işlərinin və eləcə də elmi məqalələrin yazılma qaydaları, əsas müddəalar və mövzuların işlənmə prinsipi haqqında, həmçinin qida təhülkəsizliyi və qablaşdırılması və qida qanunvericiliyi barədə geniş təqdimatla çıxış edib.

 

Seminarın sonunda iştirakçıları marqlandıran suallar cavablandırılıb.



09.06.2018 | 12:26