İnternatura proqramında BMU tələbələri üçün fürsət

Azərbaycan Respublikasının Mərkəzi Bankı 2021-ci il üzrə İnternatura proqramına qəbul üçün müsabiqə elan edib. Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri də bu müsabiqədə iştirak edə bilərlər.

 

BMU-dan verilən məlumata görə, İnternatura proqramına İqtisadiyyat, Maliyyə, Statistika, Sığorta, Risklərin idarə edilməsi, Hüquq, Menecment, Tətbiqi riyaziyyat, Kompüter elmləri və informasiya texnologiyaları, İqtisadi kibernetika istiqamətləri üzrə iş təcrübəsi olmayan, bakalavriatura pilləsinin sonuncu kurs tələbələri, o cümlədən magistratura pilləsinin tələbələri müraciət edə bilərlər.

 

İnternatura  proqramı 01 iyul -10 sentyabr 2021-ci ilədək olan müddəti əhatə edir. Müraciət anketini Mərkəzi Bankın internet səhifəsində (www.cbar.az) “Karyera imkanları – Müraciət et” alt bölməsinə daxil olaraq tamamlamaq mümkündür.

 

Son müraciət tarixi 10 fevral 2021-ci ildir. Tələblərlə tanış olmaq və müraciət etmək üçün: https://www.cbar.az/hr/f?p=100:101:10645687051412::::: linkinə daxil olmaq lazımdır.

 

 



27.01.2021 | 12:27