Müəllimlərin sertifikasiyasi bu ilin prioritetləri arasındadır

“Müəllimlərin sertifikasiyası ilə bağlı dəqiq vaxt müəyyən olunmayıb, amma bu, ilin prioritetləri arasındadır. Nə vaxt işçi qrupumuz müəllimlərin sayı, prosesin necə başlanılmalı olduğunu müəyyən etsə, o zaman sertifikasiyanı aparmaq mümkün olar”.

 

Bunu Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, hazırda yalnız prosesə hazırlıq mərhələsindən danışmaq mümkündür. Nazir qeyd edib ki, bununla bağlı işlərin düzgün aparılmasının tərəfdarıdır: “Bu, sürətli və qəfil baş verən proses olmayacaq. Ən azı, bu ilin birinci yarısında sertifikasiyanın keçirilməyəcəyini deyə bilərəm".

 

Ruhiyyə

 



22.01.2021 | 18:37