Fənn olimpiadaları ənənəvi keçirilə bilər | |
“Bu il fənn olimpiadalarını ənənəvi qaydada, sıxlıq nəzərə alınmaqla keçirməyi düşünürük”. Bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, vəziyyət imkan verərsə, bu il olimpiadaların ənənəvi qaydada keçirilməsi planlaşdırılır: “Olimpiadaların keçirilməsi vəziyyətin hansı istiqamətdə gedəcəyindən asılıdır. Düşünürük ki, fevralın sonu, martın əvvəlində fənn olimpiadalarını keçirmək mümkün olar".
Ruhiyyə
|
|
22.01.2021 | 16:26 | |
|
|
|