İbtidai siniflərdə dərslər başlanır

Fevralın 1-dən ibtidai təhsil mərhələli şəkildə bərpa edilir.

 

Bu barədə Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə məlumat verib. Onun sözlərinə görə, hazırda sosial məsafə tələbi olduğundan siniflər iki qrupa bölünəcək.

 

Bu məqsədlə hazırlıqlar tamamlanıb. Artıq nümunəvi dərs cədvəlləri Təhsil Nazirliyinin saytında yerləşdirilib.

 

Brifinqdə Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu məktəblərin və müəllimlərin dərs cədvəllərini necə hazırlayacaqlarına dair bəzi məqamlara aydınlıq gətirib: “İbtidai sinif müəlliminin dərsləri iki yarım qrupa hansı qaydada bölməsi, dərslərin necə keçirilməsi saytda qeyd edilib. İbtifai sinif müəllimi 22 saatı iki qrupa bölməklə həftədə 3 dəfə 11 saat dərs keçəcək. Bundan başqa, biz həftədə 12 saatlıq da teledərslər təşkil edirik. Bu saatlarla birgə hesablananda kifayət qədər dərs saatları alınır”.

 

Brifinqdə o da vurğulanıb ki, fevralın 1-dən valideynin öz övladının tədrisini yalnız distant formada davam etdirmək istəməsi hüququ da var.

 

Ruhiyyə

 

 



22.01.2021 | 15:47