Müsabiqə qalibləri ilə onlayn görüş

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Sevimli nəğmələr” uşaq mahnı və “Oxu və əylən!” müsabiqələrinin yekunlarına həsr olunmuş onlayn görüş keçirilib.

 

Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Elnur Əliyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və hər iki müsabiqənin qalibləri iştirak edib.

 

Görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Müsabiqə iştirakçılarını təbrik edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva zəngin milli-mənəvi dəyərlərə malik olan Azərbaycan xalqının bu dəyərləri sədaqətlə qoruması, əsrlərlə yaşatması və inkişaf etdirməsindən bəhs edib.

 

İdarə müdiri M.Vəliyeva “Sevimli nəğmələr” uşaq mahnı və “Oxu və əylən!” müsabiqələrinin təşkil olunmasının əsas hədəfinin  şagirdləri ölkəmizin milli mənəvi dəyərləri barədə daha ətraflı məlumatlandırmaq, gənc nəsli milli-mənəvi dəyərlərimizə qayıdış ruhunda tərbiyə etmək və məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olduğunu söyləyib. Müsabiqələrin əhəmiyyəti barədə danışan İdarə müdiri qalib gəlmiş şagirdlərin fəallığını yüksək dəyərləndirib və onlara uğurlar arzulayıb.

 

Çıxış edən Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Elnur Əliyev istedadlı gənclərin vaxtında aşkara çıxarılmasında və onların ictimaiyyətə tanıdılmasında bu cür yaradıcılıq müsabiqələrinin böyük rolu olduğunu bildirib. E.Əliyev qeyd edib ki, mövcud epidemioloji vəziyyətdə belə müsabiqələrin keçirilməsi şagirdlərin ev şəraitində asudə vaxtlarını səmərəli təşkil etməkləri baxımından yüksək qiymətləndirilir.

 

Daha sonra hər iki müsabiqənin qaliblərindən bəhs edən videoçarx nümayiş olunub.

 

Görüş ədəbi-bədii kompozisiyalar ilə davam edib.

 

Qeyd edək ki, “Oxu və əylən” müsabiqəsinin nəticələrinə görə, Bakı şəhəri 29 nömrəli  tam  orta  məktəbin  şagirdi  Zülfiyyə İsayeva, 12 nömrəli tam orta məktəbin şagirdi Nigar Bəşirova, 236 nömrəli tam orta məktəbin şagirdi Nuray İbadlı I, 142 nömrəli tam orta məktəbin şagirdi Tural Zeynallı, 206 nömrəli tam orta məktəbin şagirdi Gülər Qurbanlı və 234 nömrəli tam orta məktəbin şagirdi Asiya Adilzadə II, 78 nömrəli tam orta məktəbin şagirdi Aylin Məmmədli, 239 nömrəli tam orta məktəin şagirdi Nərgiz Qasımzadə və 244 nömrəli tam orta məktəbin şagirdi Xədicə İsmayılzadə isə III yerə layiq görülüblər.

 

Bakı şəhəri 140 nömrəli tam orta məktəbin şagirdi Nisə Məmmədova, 256 nömrəli tam orta məktəbin şagirdi Nərgiz Əliyeva və 274 nömrəli tam orta məktəbin şagirdi Nuray Vaqifzadə isə həvəsləndirici yeri tutublar.

 

 “Sevimli nəğmələr” uşaq mahnı müsabiqəsinin nəticələrinə əsasən, 274 nömrəli tam orta məktəbin şagirdi Fəqan Xəlilli I, 288 nömrəli tam orta məktəbin şagirdi Fatimə Şükürzadə II və 220 nömrəli məktəb-liseyin şagirdi Zəhra Abdulalı isə III yerin sahibi olublar. Müsabiqədə fərqlənən 15 iştirakçı isə "Tərifnamə"yə layiq görülüb.

 

Hər iki müsabiqənin qaliblərinə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim olunacaq.

 

 



22.01.2021 | 13:05