ADNSU UniLab layihəsi çərçivəsində qrup müzakirəsində iştirak edib | |
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) UniLab (Universitet - əmək bazarı) layihəsinin gedişatına həsr olunan onlayn qrup müzakirəsində iştirak edib.
Universitetdən bildirilib ki, müzakirələrdə layihə çərçivəsində görülən və görüləcək işlər, eləcə də partnyor şirkətlərlə əlaqələrin təkmilləşdirilməsi kimi məsələlər müzakirə edilib.
Layihə koordinatoru Carme Royo “Focus Group discussion” görüşlərində şirkətlərlə əməkdaşlıq məsələsinə xüsusi diqqət çəkərək, tərəfdaş şirkətlərlə əlaqələrin genişləndirilməsindən danışıb və təqdimatla çıxış edib.
Görüşdə həmçinin, layihə iştirakçıları görülən işlərlə bağlı öz təcrübələrini bölüşüb, uğur faktorlarını qeyd ediblər. Tələbələrin təcrübə proqramlarına cəlb edilməsi və biznes mühitində təcrübəyə olan marağı artırmaq üçün fikirlərini bildiriblər.
Qeyd edək ki, ADNSU Avropa Birliyi tərəfindən maliyyələşdirilən “Erasmus+ KA2” proqramı çərçivəsində UniLab “XXI əsrdə Universitetdən əmək bazarına: iş yerləri ilə təmin edilmədə irəliyə doğru bir addım” layihəsinə yanvarın 1-dən etibarən qoşulub.
UniLab layihəsinin əsas məqsədi cəmiyyət daxilində üç tərəfdaş ölkədə - Azərbaycan, Belarus və Rusiyada ali təhsil sektorunun modernləşməsinə töhfə verməkdir.
|
|
21.01.2021 | 11:20 | |
|
|
|