“Azərbaycan miniatürlərinin universal dili” elmi məqaləsi impakt faktorlu jurnalda

Naxçıvan Dövlət Universiteti Təsviri incəsənət kafedrasının baş müəllimi Ləman Məmmədovanın “Azərbaycan miniatürlərinin universal dili” adlı elmi məqaləsi impakt faktorlu “Beynəlxalq humanitar və təbii elmlər jurnalı”nda (“İnternational Journal of Humanities and Natural Sciences”) dərc olunub. Məqalədə Azərbaycan miniatürlərində zəngin fəlsəfi dünyagörüş, bədii-estetik təfəkkür, rəsmdə özünəməxsus üslub və ifadə tərzlərinin peşəkarlıq səviyyəsi, tipologiyası, metod və üsulları haqda ətraflı məlumat verilib.

 

Məqalədə həmçinin qeyd edilib ki, klassik miniatür sənətinin üslub xüsusiyyətlərindən istifadə edilməsi Azərbaycan təsviri sənətinin sonrakı inkişaf dövrlərində daha da genişlənib; boyakarlıq, qrafika, xüsusən kitab illüstrasiyası sahələrində bir sıra rəssamların yaradıcılıq axtarışları uğurlu əsərlərin ortaya qoyulması ilə  nəticələnib.

 

 

 



21.01.2021 | 10:53