MDU ilə Mingəçevir Gənclər Evinin 20 Yanvarla bağlı birgə anım tədbiri | |
Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir Gənclər Evinin (MGE) birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunan “20 Yanvar: şərəf və qəhrəmanlıq səhifəmiz” mövzusunda anım tədbiri keçirilib.
MDU-nun rektoru Şahin Bayramov milli iradəmizin zəfər çaldığı 20 Yanvar gününün 31 ildən sonra Müzəffər Ali Baş Komandanın və qəhrəman Azərbaycan əsgərinin sayəsində torpaqlarımızın işğaldan azad edildiyi, ərazi bütövlüyümüzün təmin olunduğu bir dövrdə qeyd edilməsinin hər birimizdə fərqli hisslər yaşatdığını və şanlı tarixi Zəfərin qazanılmasından sonra müstəqillik yolunda canından keçmiş bütün şəhidlərimizin ruhunun şad olduğuna əminliyini ifadə edib.
Rektor Ümumxalq Hüzn Gününə həsr edilən anım tədbirinin əsas məqsədinin Azərbaycan həqiqətlərini, xalqımızın milli müstəqillik və azadlıq uğrunda göstərdiyi misilsiz fədakarlıq və qəhrəmanlıqları həmin dövrün canlı şahidi olmayan gənc nəsilə çatdırmaq və onları maarifləndirməklə vətənə, xalqa, dövlətə bağlı layiqli vətəndaşların yetişdirilməsi işinə töhfə vermək olduğunu qeyd edib.
MGE-nin direktoru Tural Kərimov 20 Yanvar şəhidlərinin milli müstəqilliyə gedən çətin və şərəfli yolda böyük qəhrəmanlıq, yenilməz iradə nümunəsi ortaya qoyaraq Azərbaycan tarixində şanlı səhifə yazdıqlarını bildirib, onların adlarının əbədiləşdirilməsi və qəhrəmanlıqlarının təbliği istiqamətində görülən işlərdən bəhs edib. MGE-nin fəaliyyətində gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi yer ayrıldığını bildirən T.Kərimov MDU ilə ortaq tədbirlərin davamlı olaraq keçirilməsinin önəmini diqqətə çatdırıb.
|
|
20.01.2021 | 17:16 | |
|
|
|