DİM-in təlimlərində 6500-ə yaxın nəzarətçi-müəllim iştirak edəcək | |
Dövlət İmtahan Mərkəzi (DİM) imtahanlarda zal nəzarətçisi qismində iştirak edəcək şəxslər üçün onlayn formada təlimlər keçirəcək.
DİM-dən bildirilib ki, yanvarın 21-də başlayacaq təlimlərə təcrübəsi az olan və zal nəzarətçisi qismində imtahanlarda ilk dəfə iştirak edəcək məktəb müəllimləri cəlb ediləcək.
Respublikanın bütün şəhər və rayonlarını əhatə edən təlimlərdə 6500-ə yaxın nəzarətçi-müəllimin iştirak edəcəyi gözlənilir.
Təlimlərin keçirilməsi zamanı qarşıya aşağıdakı məqsədlər qoyulur:
Təlimlər ayrı-ayrı rayonlar (şəhərlər) üzrə 15 nəfərlik qruplarla onlayn formatda həyata keçirilir. Qarşıya qoyulan məqsədə nail olunması üçün onlara imtahanın gedişi – abituriyentlərin imtahan zalına buraxılması zamanı sənədlərin yoxlanılması, öz sıra və yerlərində oturmaları, cavab kartlarının (vərəqlərinin), sual kitabçalarının paylanmasında diqqət etməli olduqları məqamlar, nəzarətçi protokolunun düzgün doldurulması, abituriyentlərin davranış qaydalarına uyğun davranması, imtahan rəhbərləri ilə koordinasiyalı fəaliyyətin qurulması və imtahan zalının idarə olunma qaydası izah olunur.
Bunların yaddaşda möhkəmləndirilməsi məqsədi ilə imtahanın bütün mərhələlərini özündə əks etdirən slaydlar nümayiş etdirilir. Təlimlərdə, həmçinin açıq tipli test tapşırıqlarının cavablarının qeyd olunması və xarici dil fənni üzrə imtahanda “dinləyib-anlama” bacarıqlarının yoxlanılması üçün istifadə olunacaq dinləmə qurğusunun işlədilmə qaydaları nəzarətçilərin diqqətinə çatdırılır.
Qeyd edilib ki, ki, “Nəzarətçilərin elektron qeydiyyatı” sistemində, ümumilikdə 16238 nəzarətçi‑müəllim haqqında məlumat var. Bazada qeydiyyatda olan, əvvəlki illərdə keçirilən imtahanlarda iştirak edən və göstəriciləri yaxşı olan digər müəllimlər üçün də bu il keçiriləcək imtahanlara təyinat aldıqdan bir neçə gün əvvəl təlimlər keçiriləcək.
|
|
20.01.2021 | 16:00 | |
|
|
|