MDU-da imtahan sessiyasının ilk həftəsində 2460 tələbə iştirak edib | |
Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin qış imtahan sessiyasının ilk həftəsi uğurla yekunlaşıb.
11-15 yanvar tarixlərini əhatə edən ilk beş imtahan günündə bakalavriat səviyyəsində 135 qrupda təhsil alan 2467 tələbənin 183 imtahanda iştirakı nəzərdə tutulub. Məsafədən keçirilən bütün imtahanlarda yalnız 7 tələbə iştirak etməyib. İmtahan vermiş 2460 tələbədən 47%-i 51-100 bal, 36%-i 71-100 bal və 17%-i 91-100 bal nəticə göstərib. Cəmi 4 tələbənin qeyri-kafi qiymət aldığı ilk imtahan həftəsində 9 tələbə Apelyasiya Komissiyasına müraciət edib.
Magistratura səviyyəsində 22 qrup üzrə, ümumilikdə 44 imtahan keçirilib. 100% iştirak qeydə alınan imtahanlarda magistrantların 30%-i 71-100 bal, 69%-i isə 91-100 bal nəticə göstərib.
Sessiya ərzində İmtahan Qərargahının, “Qaynar xətt”in və Apelyasiya Komissiyasının məsafədən keçirilən imtahan prosesinə adekvat formada fəaliyyət göstərməsi təmin edilib.
İmtahan sessiyası 6 fevral tarixinədək davam edəcək.
Bu barədə MDU-dan bildirilib.
|
|
18.01.2021 | 14:04 | |
|
|
|