BMU-da Koreya dili kurslarına növbəti sənəd qəbulu başlayıb

Bakı Mühəndislik Universitetinin (BMU) nəzdində fəaliyyət göstərən Xırdalan Kral Seconq İnstitutunun rəhbərliyi tərəfindən Koreya dili kurslarına növbəti onlayn sənəd qəbulu başlayıb.

 

Universitetdən bildirilib ki, ilkin mərhələdə 78 nəfər dinləyici kursu müvəffəqiyyətlə başa vurub və Kral Seconq İnstitutunun (King Sejong Institute) rəsmi sertifikatına layiq görülüb.

 

Kursun fevral ayında başlayacaq növbəti mərhələsində sertifikat alanlara üstünlük veriləcək.

 

Qeyd edək ki, Koreya dili kurslarına qatılmaq istəyən şəxslər 31 yanvar 2021-ci il tarixinə kimi https://forms.gle/c7GR4CtYpb8Z3Kwv6 linkinə daxil olmaqla qeydiyyatdan keçə bilərlər.

 



16.01.2021 | 13:25