UNEC-də xarici alimlərin təlimləri

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni tədris olunan  ixtisaslar üzrə Türkiyə, Almaniya və İsveçrənin aparıcı universitetlərinin alimləri tərəfindən həmin fənlərin tədrisində istifadə olunan, müasir tələblərə cavab verən sillabuslar, dərslklər,  təqdimatlar  əsasında təlimlər  keçirilir.

 

UNEC-dən bildirilib ki, təlimlər Türkiyənin İstinye Universitetindən Prof. Dr. İlhan Tomanbay, Doç.Dr. Emel Yurtsever, Doç.Dr. Gülcan Urhan, İstanbul Universitetindən Doç.Dr. Taner Artan tərəfindən Sosial iş ixtisasının “Sosial iş ixtisasına giriş”,  “Sosial işin nəzəriyyəsi və təcrübəsi”, ”Sosial iş təcrübəsində etik prinsiplər”, ”Sosial işdə idarəetmə” fənləri üzrə xüsusi hazırlanmış proqram üzrə  aparılır.

 

İki gün keçirilən (14-15 yanvar) təlimlərdə qonaq qismində dəvət olunan Almaniyanın Fachhochschule Des Mittelstandes Universitetindən prof. Dr.Feyzullah Gokdemir digər təlimçilərlə birlikdə  Sosial iş ixtisasının özəllikləri, karyera imkanları barədə beynəlxalq təcrübəni paylaşacaq. Türkiyə ilə yanaşı, Almaniyada həmin  fənlərin tədrisində  vacib olan məqamları bölüşərək, UNEC-in professor-müəllim heyəti ilə birlikdə müzakirələr aparacaq.

 

Xatırladaq ki, UNEC-ə Sosial iş ixtisası üzrə bakalavr qəbulu 2020/2021-ci tədris ilindən aparılır.

 

 



15.01.2021 | 15:38