Qarabağın yeni tarixini dərslik kitablarına yazacağıq

Təhsil naziri Emin Əmrullayevin Türkiyənin “Haber Global”  televiziya kanalına müsahibəsindən

 

* Qarabağın yeni tarixini dərslik kitablarına yazacağıq. Biz Qarabağımızın tarixini daim öz şagirdlərimizə, öz vətəndaşlarımıza öyrətməkdə davam etmişik. İndi  Qarabağın ən yeni tarixinin səhifələrini yazmalıyıq və dərsliklərə əlavə etməliyik. Bu, Azərbaycanın hər bir vətəndaşına, xüsusilə də Təhsil Nazirliyinə böyük bir qürur yaşadan məsələdir. Ona görə də bölgələrdə tezliklə həmin dərslərin tədrisinin bərpa edilməsini gözləyirik.

 

 

* Biz tamamilə yeni  bir dövrə qədəm qoyuruq. Bu dövrün mahiyyəti ondan ibarət olacaq ki, biz artıq işğaldan azad edilmiş torpaqlara qayıdırıq. Hər bir Azərbaycan gənci yeni bir dövrə yeni bir kimliklə, yeni bir hisslə, yeni sevinclə qədəm qoyur. Bundan sonra da əldə edilmiş qələbələrin davamlı, uğurların dayanıqlı, uzunmüddətli olması üçün hər bir gənc əlindən gələni etməlidir.

 

 

* Bu Qələbə bizim tariximizdə yeni bir dövr açır. Təbii ki, biz təhsilimizin, xalqımızın, ümumiyyətlə, millətimizin tarixində yeni bir səhifəyə qədəm qoyuruq. Hər bir sahədə olduğu kimi, təhsil sahəsinin qarşısında da yeni çağırışlar, imkanlar, yeni mərhələ açılır. İnanıram ki, təhsil ictimaiyyəti, müəllimlərimiz, təhsili idarə edən həmkarlarım qarşıda qoyulan bu məsələlərə, tapşırıqlara müvafiq qaydada əməl edərək böyük nailiyyətlər əldə edəcəklər.

 



15.01.2021 | 09:00