Universitetlərin 5-ci “Beynəlxalq Dəmir-Polad Simpoziumu”

Bu il aprelin 1-3 tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Universiti Tun Hussein Onn Malaysia (UTHM), Universiti Malaysia Perlis (UniMAP) və T.C. Karabük Universitetinin ortaq təşkilatcılığı ilə  Karabük Universiteti Dəmir-Çelik İnstitutunda 5-ci “Beynəlxalq Dəmir-Polad simpoziumu” keçiriləcək.

 

Onlayn formatda baş tutacaq beynəlxalq simpoziumla bağlı yaradılmış Fəxri komitənin bir üzvü də ADNSU-nun rektoru, professor Mustafa Babanlıdır. Ümumilikdə, komitədə universitet rektorları və nazirlər təmsil olunur.

 

Doktorant, dissertant və tədqiqatçılar üçün xüsusi ilə böyük əhəmiyyət kəsb edən simpozium haqqında ətraflı məlumatı http://udcs21.karabuk.edu.tr linkindən əldə etmək mümkündür.

 

Qeyd edək ki, məqalə qəbulu üçün son tarix 15 ferval 2021-ci ildir.

 

Bu barədə ADNSU-dan məlumat verilib.

 

 



14.01.2021 | 10:00