Lütfi Zadənin xatirəsinə həsr edilən nəşr: "İqtisadiyyatda qeyri-səlis modellər” | |
Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, Dövlət mükafatı laureatı, iqtisad elmləri doktoru, professor Qorxmaz İmanovun "İqtisadiyyatda qeyri-səlis modellər" adlı kitabı Springer nəşriyyatında çap edilib.
Kitab AMEA-nın fəxri (xarici) üzvü olmuş professor Lütfi Zadənin xatirəsinə həsr edilib. Kitabın redaktoru Polşa Elmlər Akademiyasının həqiqi üzvü, akademik Janusz Kacprzykdur. İspaniyanın İqtisadiyyat və Maliyyə Kral Akademiyasının Prezidenti, professor J.Gil-Aluja isə kitaba Ön söz yazıb.
|
|
12.01.2021 | 16:18 | |
|
|
|