ADAU-da 5107 tələbə imtahan prosesində | |
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb.
Universitetdən bildirilib ki, fevralın 6-dək şifahi formada onlayn keçiriləcək imtahan sessiyasında bakalavriat səviyyəsinin əyani təhsil formasında 4700, magistratura səviyyəsində isə 407 tələbə iştirak edir.
Universitetdə imtahanların gedişi ilə bağlı şikayət və təkliflərin operativ araşdırılması məqsədilə İmtahan Qərargahı yaradılıb.
Microsoft Teams proqramı üzərindən keçirilən imtahanların hər birinin videoyazısı aparılır. Bundan başqa, ictimai nəzarəti təmin etmək məqsədilə valideynlər imtahan prosesinə nəzarət etməyə dəvət olunub.
|
|
12.01.2021 | 14:21 | |
|
|
|