Harvarddan başlanan yol

20 milyon tələbə hər ay dünyanın hər yerindən müəllimlərdən bilik və savad əldə etmək üçün Xan Akademiyasına (“Khan Academy”)  üz tutur.  Onlayn platformada yerləşdirilmiş   dərsliklərə, videolara və mühazirələrə dünyanın hər hansı bir yerindən 46 müxtəlif dildə baxmaq olar.

 

Xan Akademyası müxtəlif ölkələrdən 200 ekspert və 150 müəllimi birləşdirir.   Videolar bir neçə dildə mövcuddur, 20.000-ə yaxın altyazı tərcüməsi var   ki, bu da təhsil üçün dil maneəsini aradan qaldırır. Bu tərcümələr  beynəlxalq tərəfdaşların köməyi ilə əldə edilib.

  

Parlaq zəka sahibi 

 

2004-cü ildə  Салман Амин Хан (Sal Xan kimi də tanınır)   öz qohumuna riyaziyyatı öyrətmək üçün internetdə Yahoo-dan istifadə etmək fikrinə düşür.  Tezliklə,  qohumlarının onun dərs vəsaitlərinə olan tələbatı  artıb və Salman  2006-cı ildə YouTube-da bir səhifə yaratmaqla onları internetdə yerləşdirməyə qərar verib.  Beləliklə də Xan Akademiyası tez bir zamanda populyarlıq qazanıb.

 

Salman Amin Xan 11 oktyabr 1976-ci ildə Luiziana ştatının Yeni Orleanda şəhərində anadan olub.  Onun valideynləri mühacir idilər - anası Hindistanın Mürşidabad şəhərində, atası isə Banqladeşdə doğulub.  Parlaq zəka sahibi  olan  Salman  Luiziana ştatının Metairi şəhərində dövlət məktəbinə gedib. O,  riyaziyyatla çox maraqlanırdı, buna görə də Yeni Orlean Universitetində yüksək səviyyəli riyaziyyat kurslarını öyrənirdi.

 

O, gənc yaşlarında böyük uğurlar qazanmağa başlayıb,  liseyin yuxarı siniflərində karikaturaçı işləyib, əlavə kurslara gedib.

 

Sonra Massaçusets Texnologiya İnstitutuna daxil olub, burada riyaziyyat, mühəndislik və informatika elmlərini öyrənib. Massaçusets Texnologiya İnstitutunu bitirdikdən sonra Harvard  Universitetinə daxil ola bilib.

 

2012-ci ildə Salman Xan Times-in versiyasına əsasən, 100 ən nüfuzlu şəxs siyahısına daxil edilib.

 

Qeyd edək ki, yanvarın 7-də Təhsil Nazirliyinin dəstəyi və “T-NETWORK” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Yeni çağırışlar” adlı onlayn müzakirə proqramında Təhsilin idarə olunması üzrə mütəxəssis Cəfər Mənsiminin təqdimatında "Khan Academy"nin qurucusu  Salman Xanla  maraqlı görüş nəzərdə tutulub. Şörüşdə  Salman Xan öz təcrübəsini bölüşəcək.

 

Oruc MUSTAFAYEV

 



05.01.2021 | 09:51