Son sınaq | |
Dövlət İmtahan Mərkəzi I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün iyunun 10-da respublikanın 12 şəhər və rayonunda sonuncu sınaq imtahanları keçirəcək. Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz şəhər və rayonlarında, ümumilikdə 26 binada təşkil olunacaq imtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 5282 abituriyent qeydiyyatdan keçib.
Qurumdan “Azərbaycan müəllimi”nə verilən məlumata görə, sınaq imtahanı 1 növbə üzrə keçiriləcək və bütün binalarda saat 11:00-da başlanacaq.
İmtahanların idarə edilməsi üçün 38 imtahan rəhbəri, 363 nəzarətçi-müəllim ayrılıb.
DİM abituriyentlərin nəzərinə çatdırıb ki, imtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilir. Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmır.
|
|
07.06.2018 | 15:21 | |
|
|
|