Təhsil naziri Əfqanıstan səfiri ilə görüşüb | |
Dekabrın 30-da təhsil naziri Emin Əmrullayev Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amanullah Jayhoon ilə görüşüb.
Görüşdə Azərbaycan və Əfqanıstan arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Görüşdə nazir Vətən müharibəsində əldə etdiyimiz qələbədən söz açıb və Ermənistan hərbi qüvvələrinin hücumları nəticəsində təhsil sahəsinə dəyən zərər barədə qonağa məlumat verib.
|
|
30.12.2020 | 15:53 | |
|
|
|