Təhsil işçilərinin həmrəylik görüşü keçirilib | |
Dekabrın 26-da Təhsil Nazirliyinin dəstəyi, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Təhsil işçilərinin həmrəylik görüşü” keçirilib.
Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunan görüş müxtəlif ölkələrin təhsil müəssisələrində çalışan həmvətənlərimizin beynəlxalq təhsil təcrübəsini öyrənmək və bölüşmək məqsədi daşıyıb.
Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
“T-network”-un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmovun və “T-network” koordinatoru Cəfər Mənsiminin moderatorluğu ilə baş tutan görüşdə həmvətənlərimizin yaşadığı ölkədəki məktəb adət-ənənəsi, valideyn, müəllim, şagird əməkdaşlığı istiqamətindəki yanaşmalar, idarəçilik baxışı, təhsilin inkişafı istiqamətində atılan addımlar, ölkəmizlə müqayisədə müşahidə edilən fərqlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycandan Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov, Latviyadan Riqa Klassik Gimnaziyasının direktoru, Latviya Elm və Təhsil Nazirliyinin Məşvərət Şurasının sədri Roman Əliyev, Estoniyadan pedaqoq, “Maraq” məktəbinin yaradıcısıcı və rəhbəri Sənəm Əliyeva, Özbəkistadan “British School of Tashkent”in fizika müəllimi Ceyhun Cabbarov, Küveytdən “Universal American School”un riyaziyyat müəllimi Mərdan Əliyev, Türkiyədən “Al-Basheer İnternational school”un ingilis dili müəllimi Kəmalə Qasımova, Amerikadan “Tringle Math and Science Academy”nin imtahan koordinatoru Əkbər Aslanov iştirak ediblər.
Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanan görüşdə sosial şəbəkə istifadəçilərinin sualları da cavablandırılıb.
|
|
26.12.2020 | 15:36 | |
|
|
|