İKT-nin şagirdlərin bilik qabiliyyətlərinə təsiri | |
Sivilizasiyanın müasir mərhələsində biz elmin, texnikanın, xüsusilə də texnologiyaların sürətli inkişafının şahidiyik. Müasir insan üçün, bu sürətlə dəyişən şəraitə uyğunlaşmaq məqsədilə özünü inkişaf etdirməyə və öz yaradıcı qabiliyyətini həyata keçirməyə hazır olmaq lazımdır.
Bu gün bütün dünyada yaşanan pandemiya böhranı milli təhsil sistemləri qarşısında ciddi tələblər qoyub. Bu tələblərdən biri tədrisdə müxtəlif İKT təlim texnologiyalarından istifadənin qaçılmazlığıdır. İndiki mərhələdə təhsilin fasiləsizliyinin təmin olunmasında uğurla tətbiq olunan virtual, distant təlim İKT-nin təhsildə geniş imkanları ilə səciyyələnir.
Məlumdur ki, təhsilin modernləşdirilməsi cəmiyyətin fəal köməyi ilə həyata keçirilən ümummilli vəzifədir. Məhz bu, təhsildə keyfiyyətə nail olmağa səbəb olacaq. Müasir informatikanın metod və vasitələrinin inkişafı və mükəmməlliyi təhsil və elm mühitinə daxil olmağa imkan verir.
Bu işdə onların əsas köməkçiləri idraki fəaliyyət və maraq, yəni, yeni biliklər əldə etmək arzusudur. Təhsilalanların əməksevərliyi də eyni dərəcədə vacibdir. Məhz hər kəs özünə lazım olan məlumatı tapmağı və ondan düzgün , lazımi məqsədlər üçün istifadə etməyi bacarmalıdır.
Bu isə təhsil prosesinin effektivliyinin yüksək əyanilik dərəcəsi hesabına artmasına, əyani-obrazlı təfəkkürün, şüurun, özünüinkişafın və şagirdlərin fəallığının inkişafına gətirib çıxarır.
Müasir təhsildə İKT-nin istifadəsinin əhəmiyyəti
Təhsil sistemində informatika və informasiya-kommunikasiya texnologiyalarının öyrənilməsi aşağıdakı məqsədlərə nail olmağa yönəlib:
Proqram vasitələrindən istifadə edərək tədris məlumatlarını müxtəlif formalarda ekranda təqdim etmək olar:
Bu gün təhsilin bütün mərhələlərində informasiya təsirlərinin gücünə görə aparıcı yer multimedia vasitələrinə ayrılır. Bu, informasiya texnologiyalarının ən müasir növüdür, multimedia adını almışdır ki, bu da müxtəlif informasiyaların sintezi deməkdir.
Təhsildə aşağıdakı multimedia növləri ən çox maraq doğurur:
Beləliklə, İKT-nin dərslərdə istifadəsi şagirdlərin idrak imkanlarının inkişafına kömək edir ki, bu dərslərdə onlar böyük həvəslə və fəallıqla iştirak edirlər. Bundan əlavə, onlar tədris materialını dərk edir və uzun müddət mənimsəyirlər. İKT-dən istifadə nəticəsində şagirdlərdə şəxsiyyətin müstəqillik, məsuliyyət,öhdəlik, dəqiqlik, nizam-intizam, dünyagörüş, dinləmək və lazımi qərar qəbul etmək bacarığı kimi keyfiyyətləri inkişaf edir. Həmçinin idarəetmə texnikasından istifadə, informasiya axtarışı və yeni biliklər inkişaf edir. Hər gün tələbələr kompüter texnologiyasında yeni və təzə biliklər axtarırlar. İKT təbiətdə, cəmiyyətdə, inkişafda,fəaliyyətdə keçən hər hansı bir prosesi göstərməyə imkan verir.
Beləliklə, İKT yalnız tələbələrin biliklərinin mənimsənilməsinə deyil, həm də özünü inkişaf etdirməyə, yaradıcı və zehni inkişafa kömək edir.
Rəna RZAYEVA, ADPU nəzdində ADPK-nin kimya-biologiya müəllimi |
|
25.12.2020 | 16:34 | |
|
|
|