NDU-nun rəssam tələbələri müsabiqənin qalibi olublar | |
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Gənclər və İdman Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə ali, orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Qarabağ Azərbaycandır!” adlı rəsm müsabiqəsi keçirilib.
Naxçıvan Dövlət Universiteti (NDU) incəsənət fakültəsinin Təsviri incəsənət ixtisası üzrə gənc rəssamlarının da qatıldığı müsabiqədə 26 müəllifin 40 rəsm əsəri nümayiş olunub. Rəsm əsərlərində vətənpərvərlik hisslərinin tərənnümü və şəhidlərin əziz xatirəsinə ehtiram əks etdirilib.
Bu münasibətlə Bəhruz Kəngərli adına Sərgi salonunda keçirilən tədbirdə Naxçıvanın Əməkdar rəssamı Cavid İsmayılov, Rəssamlar Birliyinin baş fond mühafizi Nizami Alıyev, Gənclər və İdman Nazirliyinin əməkdaşı İlahə Haqverdiyeva çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Azərbaycan ordusunun qazandığı qələbənin əsasında Ali Baş Komandanın sarsılmaz qətiyyəti və xalqla ordunun birgəlik nümayiş etdirməsi, cəsur oğulların yüksək vətənpərvərliyi dururdu.
Müsabiqənin sonunda NDU-nun Təsviri incəsənət müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Türkan Əsədova və Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi İnci Qənbərova müsabiqənin qalibi olublar. Universitetin tələbəsi Fərqanə Seyidova, Naxçıvan Tibb Kollecinin tələbəsi Ruhanə Bədirova II, Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Gülnarə Kərimova, Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Elnur Tağıyev III, NDU-nun Təsviri incəsənət müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Könül Kazımlı isə həvəsləndirici yerə layiq görülüblər.
Müsabiqənin qalibləri Gənclər və İdman Nazirliyi tərəfindən müxtəlif hədiyyələr və diplomlarla təltif olunublar.
|
|
24.12.2020 | 13:07 | |
|
|
|